Modern.az

İspaniyada koronavirusdan ölənlər 26621 nəfərə çatıb

İspaniyada koronavirusdan ölənlər 26621 nəfərə çatıb

Dünya

10 May 2020, 16:48

İspaniyada son sutka ərzində yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 143 nəfər ölüb. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bu, martın 18-dən sonra qeydə alınan ən aşağı ölüm göstəricisidir. Beləliklə, İspaniyada koronavirusdan ölənlərin sayı 26 min 621 nəfərə çatıb.

 

Son 24 saat ərzində daha 621 nəfər koronavirusa yoluxub, 2 min 214 nəfər sağalıb. İndiyə qədər ölkədə 224 min 390 nəfər koronavirusa yoluxub, 136 min 166 nəfər sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək