Modern.az

Məşhur stadion xəstəxanaya çevrildi

Məşhur stadion xəstəxanaya çevrildi

10 May 2020, 18:14

Braziliyanın Rio de Janeyro şəhərində yerləşən dünyaca məşhur Marakana stadionu koronavirus pandemiyası səbəbilə xəstəxanaya çevrilib.

 

Modern.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

 

Stadionun ətrafında 38 günə inşa edilən modul tipli xəstəxana istifadəyə verilib. 400 çarpayılıq xəstəxanada ağır vəziyyətdə olan xəstələr müalicə alacaqlar.

 

Qeyd edək ki, Braziliyada indiyədək 155 min 939 nəfər koronavirusa yoluxub, onlardan 10 min 627-i vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək