Almaniyanın paytaxtı Berlində güclü yanın başlayıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğın Berlinin şimalında, Teqel aeroportunda anbarların yerləşdiyi ərazidə qeydə alınıb.
Məlumata görə, hadisə yerinə 110 yanğınsöndürən cəlb edilib. Hüquq-mühafizə orqanları yaxınlıqdakı küçələri bağlayıb.
Ətrafda yaşayan evlərin sakinlərinə pəncərə və qapıları bağlamaq tapşırılıb.
İlkin məlumatlara görə, yanğın zamanı ölən yoxdur.