Fransada koronavirusa yoluxanların sayı artıb.
Modern.az xəbər verir ki, gün ərzində daha 70 nəfər koronavirusdan dünyasını dəyişib.
Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 26 380 nəfərə çatıb:
“Martın 1-dən bəri COVID-19-la əlaqəli 26 380 ölüm faktını qeyd edirik, 16 642 nəfər xəstəxanalarda, 9738 nəfər isə tibbi-sosial müəssisələrdə öldü. Hazırda xəstəxanalarda 22 569 nəfər var. Son 24 saat ərzində 253 nəfər xəstəxanalara qəbul edilib. Reanimasiyalarda 2776 koronaviruslu xəstə yerləşdirilib. 56 mindən çox ölkə sakini koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb”.