Modern.az

Daha bir ölkə koronavirusla bağlı məhdudiyyətləri aradan qaldırır

Daha bir ölkə koronavirusla bağlı məhdudiyyətləri aradan qaldırır

11 May 2020, 00:56

Daha bir ölkə koronavirusla bağlı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, sabahdan Böyük Britaniyada koronavirusla bağlı bəzi qadağalar yüngülləşdiriləcək.

Baş Nazir Boris Conson xalqa videomüraciətində bildirib ki, evindən işləyə bilməyən iş qrupundaki şəxslər, məsələn tikinti və ya istehsalat kimi sahədə çalışan insanların işə getməsinə icazə veriləcək.

Boris Conson  qeyd edib ki, insanlar sosial distansiya məsafəsini qoruyaraq gün ərzində istədikləri qədər idmanla məşğul ola biləcəklər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək