Modern.az

Dünyanın romantik adası da koronavirusdan qurtuldu

Dünyanın romantik adası da koronavirusdan qurtuldu

14 May 2020, 10:38

Dünyanın daha bir ərzasində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Müqəddəs Lüsiya adasında virusa yoluxmuş 18 nəfərin hamısı sağalıb. Bundan başqa adada 727 nəfərdən götürülən testin nəticələri mənfi çıxıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Müqəddəs Lüsiyanı da koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, Müqəddəs Lüsiya Karib dənizinin ən romantik adası kimi tanınır. 

 

Xatırladaq ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon və Karib Niderlandında koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və ərazisində qeydə alınıb.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək