Modern.az

Pakistanda virusa yoluxanlar və ölənlər artır

Pakistanda virusa yoluxanlar və ölənlər artır

15 May 2020, 13:52

Pakistanda koronavirusa (COVID-19) yoluxmalar və pandemiyadan ölüm hadisəsi artır.

 

Modern.az xəbər verir ki, bu gün ölkədə daha 1430 nəfərdə (ötən gün 490 nəfər) infeksiya aşkarlanıb, 33 nəfər (ötən gün 9 nəfər) virusdan vəfat edib.

 

Bununla da Pakistanda pandemiyaya yoluxanların sayı 37 218-ə, ölənlərin sayı isə 803-ə yüksəlib.

 

Qeyd edək ki, Pakisanda 10 155 nəfər virusdan sağalıb, 26 260 xəstənin müalicəsi davam etdirilir.

 

T.İSMAYIL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var