Modern.az

İspaniyada son 2 ayda ilk yaşandı

İspaniyada son 2 ayda ilk yaşandı

17 May 2020, 14:06

İspaniyada martın 12-dən sonra ilk dəfə son sutka ərzində koronavirusdan ölənlərin sayı 100-dən az olub.

 

Modern.az  “worldometers.info”ya istinadən bildirir ki, son 24 saat ərzində ölkədə 87 ölüm halı qeydə alınıb.

 

Həmçinin son sutka ərzində 1 214 nəfərdə koronavirus aşkarlanıb.

 

Qeyd edək ki, İspaniyada ümumilikdə 277 719 yoluxma, 27 650 ölüm halı qeydə alınıb. Tibb müəssisələrində 54 121 pasiyentin müalicəsi davam etdirilir, onlardan 1 208-nin vəziyyəti ağır qiymətləndirilir. 195 945 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı