Polşa ərazisində nüvə silahının yerləşdirilməsi ilə bağlı ABŞ-la danışıqlar aparmır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox açıqlama verib. O, ABŞ səfiri Corcet Mosxaberin nüvə silahlarının Almaniyadan Polşaya yerləşdirilməsi barədə açıqlamasını təkzib edib.
“Nüvə silahının ərazimizə dislokasiya olunması danışıqlar mövzusu deyil”.