Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 59 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir ki, Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 59 xəstə dünyasını dəyişib: "Ümumilikdə paytaxtda koronavirusdan 3 029 nəfər ölüm, son gündə 2 001 nəfər olmaqla 197 018 yoluxma halı və 104 347 sağalan qeydə alınıb".