Modern.az

Paşinyan koronavirusa yoluxmayıbmış  - Baş nazirin oyunu FAŞ OLDU

Paşinyan koronavirusa yoluxmayıbmış  - Baş nazirin oyunu FAŞ OLDU

9 İyun 2020, 18:06

Ermənistan baş naziri Nikol Paşinyan dünən koronavirusdan sağalması barədə açıqlama verdi.

                                     

Modern.az xəbər verir ki, onun müəmmalı şəkildə COVİD-19-a yoluxması və qısa müddətdə sağalması ağıllarda bir çox sullar doğurdu.

Xatırlamaq lazımdır ki, Paşinyan iyunun 1-də özünün və ailə üzvlərinin virusa yoluxduğunu və səlahiyyətlərini ev şəraitində icra eəcəyini açıqladı. Beləliklə, yoluxduğunu elan etməsindən keçən 8 gün ərzində həm Paşinyan, həm də ailə üzvləri (yoldaşı Anna Akopyan, 3 qızı) eyni gündə sağaldılar.

 

Bu xəbər erməni mətbuatının da diqqətinə çəkib. Yerli jurnalistlər Paşinyanın sağalma sürətini şübhəli sayıblar. Halbuki, COVİD-19-la bağlı çoxsaylı açıqlamalar verən tibb adamları virusun inkubasiya dövrü ilə birlikdə 14-21 gün arasında çəkə biləcəyini açıqlayıblar. Paşinyanın 8 günə virusdan sağalması bu meyarla rekord sayıla bilər.

Məsələnin başqa tərəfi, baş nazirin virusa yoluxması barədə xəbər yaymaqla hansı məqsədlər güdməsindədir. Sirr deyil ki, Ermənistanda COVID-19-a yoluxanların sayı 14 minə yaxınlaşır və bu göstəriciyə görə, ölkə nəinki regionda, dünyada da ən yüksək nəticələrdən birini nümayiş etdirib. Görünən odur ki, Paşinyan virusa yoluxduğunu imitasiya etməklə, pandemiya və ağır iqtisadi durumda azalan reytinqini artırmaq, özünü qurban kimi təqdim etmək məqsədi qoyub. Amma onun bu oyunu da faş oldu.    

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək