Modern.az

Rusiya və Belarus yenə də razılığa GƏLMƏDİLƏR

Rusiya və Belarus yenə də razılığa GƏLMƏDİLƏR

10 İyun 2020, 13:07

Rusiyanın Energetika naziri Aleksandr Novak və onun belaruslu həmkarı Viktor Karankeviç videokonfrans rejimində danışıqlar apararkən yenə də qaz məsələsi üzrə razılığa gələ bilməyiblər.

Modern.az xəbər verir ki, Minsk əvvəlki kimi təbii qazın orta aylıq kalorifik dəyərinin (ayrılan istiliyin miqdarı ) Belarusun qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilməsini istəyir. Bu isə birbaşa qaz təchizatının qiymətinə təsir edir. Bundan əlavə Belarus tərəfi  “Qazprom”un il ərzində Avropada həm spot bazarında (yerindəcə sövdələşmə), həm də uzunmüddətli müqavilələr üzrə qiymətləri aşağı saldığını nümunə gətirərək, İttifaq ölkə tətəfdaşı üçün də qiymətləri bir daha nəzərdən keçirməyi təklif edib. Rusiyanın müvafiq nazirliyi isə bu məsələylə bağlı heç bir məlumat yaymayıb.

Belarusun prezidenti Aleksandr Lukaşenko bütün yaz boyu Rusiyadan bu il ərzində qazın qiymətinin aşağı salınmasını tələb edib. O, may ayında – Böyük Vətən müharibəsinin 75 illik qələbəsi ərəfəsində Minskin rus qazını Berlindən iki dəfə baha almasını anormal hal kimi qiymətləndirib.

Rusiya prezidenti Vladimir Putin isə qazın qiymətinin iqtisadi cəhətdən əsaslandırılmış və tədarükçülərin investisiyasına, xərclərinə uyğun olduğunu deyərək, müzakirələrdən imtina etmişdi.

“Qazprom” rəhbərliyi isə Belarusa müqaviləyə yalnız 2021-ci ildə - əks tərəfin 165 milyon dollardan artıq borcunu ödəyəcəyi halda, yenidən baxmağı təklif edib. Minsk isə Rusiyaya borcunun qalmadığını deyib.                 

A.Qorxmaz      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var