Modern.az

Şərq Tərəfdaşlığı sammiti bu tarixdə KEÇİRİLƏCƏK

Şərq Tərəfdaşlığı sammiti bu tarixdə KEÇİRİLƏCƏK

Dünya

10 İyun 2020, 17:24

Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri liderləri ilə iyunun 18-də sammit keçirəcək. Modern.az Avropa İttifaqının saytına istinadən xəbər verir ki, sammit videokonfrans şəkildə baş tutacaq.

 

Sammitdə Avropa Birliyinin 27 ölkəsinin rəhbəri, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna liderləri iştirak edəcək. Tədbir Avropa Şurası prezidenti Marla Mişelin və Avropa komissarı Ursula fon der Layenin başçılığı ilə keçiriləcək.

Sammitdə pandemiya ilə mübarizə, həmçinin, 2021-ci ilin əvvəllərində “Şərq Tərəfdaşlığı” sammitinin liderlərin fiziki iştirakı ilə keçirilməsi müzakirə olunacaq.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək