Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında yoluxma halları artır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son sutka ərzində daha 10 yoluxma faktı qeydə alınıb.
Onlardan 3-cü Xankəndi, 7-si isə Xocavənd rayonu ərazisində yoluxublar. Ümumilikdə, hazırda Qarabağ ərazisində 78 nəfər koronavirusa yoluxub.