Modern.az

Pekinin 1 rayonunda hərbi vəziyyət rejimi elan edildi - COVID-19 təhlükəsi

Pekinin 1 rayonunda hərbi vəziyyət rejimi elan edildi - COVID-19 təhlükəsi

13 İyun 2020, 13:28

Çinin paytaxtında yerləşən “Sinfadi” topdansatış bazarının beş işçisində COVID-19 infeksiyası aşkarlandıqdan sonra Pekinin Fentay rayonunun 11 mikrorayonunda “hərbi vəziyyət” rejimi elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin “Sintzin bao” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, həmin mikrorayonların sakinləri izolyasiya rejiminə əməl etməli və evlərindən çıxmamalıdır. Hakimiyyət orqanları isə öz növbəsində onların qida və digər lazımi məhsullarla təminatını öz üzərinə götürür. Həmçinin bazar müvəqqəti bağlanacaq, orada çalışan 10 min işçi isə COVID-19 testindən keçiriləcək.

 

Qəzetin məlumatına görə, “Sinfadi” bazarı Pekinin meyvə-tərəvəzə tələbatının 90 faizini ödəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım