Modern.az

Britaniyada daha 181 nəfər COVİD-19-un qurbanı oldu

Britaniyada daha 181 nəfər COVİD-19-un qurbanı oldu

13 İyun 2020, 23:32

Böyük Britaniyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı son sutkada 181 nəfər artıb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 41 662 nəfərə çatıb. Bu müddətdə virusa yoluxanların sayı da 1425 nəfər artaraq 294 375-ə çatıb.


Qeyd edək ki, bundan bir gün öncə 1541 nəfərin virusa yoluxduğu, 202 nəfərin öldüyü bildirilirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var