Modern.az

Fransada aksiyaların keçirilməsinə qoyulan qadağa ləğv edildi

Fransada aksiyaların keçirilməsinə qoyulan qadağa ləğv edildi

14 İyun 2020, 11:13

Fransa Dövlət Şurası yeni növ koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı ləğv edib.

 

Modern.az-ın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, bu barədə qərar dünən axşam qəbul edilib.

 

Toplaşmaq azadlığının fundamental hüquq olduğu qeyd edilən qərara əsasən, aksiyaçıların sayı 5 min nəfəri ötməməlidir. Aksiya barədə öncədən şəhər bələdiyyəsi, yaxud polisə məlumat verilməlidir.  

 

Koronavirusun yayılması ilə tədbirlər görülməyəcəyi və aksiyaçıların sayı 5 min nəfəri ötəcəyi halda hakimiyyə aksiyanı qadağan edə bilər.

 

Qeyd edək ki, Fransa hökuməti koronavirus infeksiyası ilə əlaqədar mayın 31-də ölkədə aksiyaların, görüşlərin keçirilməsi və ictimai yerlərdə 10 nəfərdən artıq toplaşmanı qadağan etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım