Modern.az

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeni yoluxma 

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeni yoluxma 

14 İyun 2020, 13:25

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində koronavirusa yeni yoluxma halları təsdiqlənib.

 

Modern.az xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

 

Sərt karantin rejiminin tətbiq olunduğu kənddən iki gün öncə 21 sakinin bioloji materialı Tbilisiyə laboratoriyaya göndərilib. 

 

Dörd nəfərin COVID-19-la bağlı testinin nəticəsi pozitiv çıxıb. Həmin şəxslər özünütəcrid rejimində olublar.

 

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 851 nəfər yoluxub. Onların 703-ü sağalıb, 14-ü isə vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım