Modern.az

Zirvə toplantısında büdcə danışıqları dayandırıldı - Baş nazir

Zirvə toplantısında büdcə danışıqları dayandırıldı - Baş nazir

Dünya

19 İyul 2020, 10:15

Avropa Birliyinin (AB) zirvə toplantısında 2021-2027-ci il üzrə büdcə danışıqları dayandırılıb.

 

Modern.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Cuzeppe Konte deyib.

 

“Brüsseldə iki gündür davam edən sammit gözlənildiyindən daha çətin keçib. Danışıqlar dayanıb. Bu, vəziyyətin gözləniləndən daha mürəkkəb olduğunu göstərir. Bir sintez axtarırıq və onu tapmalıyıq. Çünki bu, hər kəsin xeyrinədir. Müzakirə etdiyimiz çoxlu sayda problem var, ancaq hələlik həllini tapa bilmirik”, - baş nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir