Modern.az

Twitter Trampın paylaşdığı videonu sildi

Twitter Trampın paylaşdığı videonu sildi

19 İyul 2020, 12:34

"Twitter" sosial şəbəkəsi ABŞ prezidenti Donald Trump tərəfindən paylaşılan videonu silib.

 

Modern.az "Reuters" ə istinadən xəbər verir ki, buna səbəb müəllif hüquqlarının pozulması ilə bağlı sosial şəbəkəyə göndərilən şikayət olub.

 

Agentliyin məlumatına görə, ilkin seçkilərlə bağlı paylaşılan videoda Linkin Park rok qrupunun mahnısı səslənir. Bu isə əvvəlcə Ağ Evin Sosial Media direktoru Dan Skavino tərəfindən yayımlanıb.

 

Müəllif hüquqları pozuntusu şikayəti isə Linkin Park-a məxsus olan Machine Shop Entertainment musiqi şirkətindən gəlib.

 

Hazırda Trampın səhifəsində həmin video mövcud deyil, bunun əvəzinə müəllif hüququ sahibinin şikayəti qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU