Modern.az

3 qadın Lukaşenkoya qarşı birləşdi

3 qadın Lukaşenkoya qarşı birləşdi

19 İyul 2020, 14:49

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya, hazırda həbsdə olan oliqarx, prezidentliyə namizəd Viktor Babarikonun qərargahının koordinatoru Mariya Kolesnikova və digər prezidentliyə namizəd Valeri Çepkalonun həyat yoldaşı Veronika seçkiqabağı kampaniya çərçivəsində güclərini birləşdirdiklərini elan ediblər.

 

Modern.az xəbər verir ki, xanımlar bununla bağlı bəyanat da veriblər.

 

Çepkalo Prezident Aleksandr Lukaşenkonun Belarusu ancaq kişilərin idarə etməsi və cəmiyyətin qadın liderə hazır olmaması kimi fikirlərinə etiraz edib.

 

“Biz ikinci sort deyilik. Biz kişilərlə eyni səviyyədə dayanırıq”, - Çepkalo bildirib.

 

Tixanovskaya isə bildirib ki, 3 qadının birləşmə qərarı Belarus prezidentinin açıqlaması ilə bağlı deyil, sadəcə, belə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir