Modern.az

Türkiyə Liviyaya raket qurğusu göndərdi

Türkiyə Liviyaya raket qurğusu göndərdi

19 İyul 2020, 15:19

Türkiyə Silahlı Qüvvələri “T-122 Sakarya” raket qurğusunu Liviya Milli Hökumətinə göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

 

Liviya Milli Hökumətinə yaxın mənbələr Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan “T-122 Sakarya” raket qurğusunun Sirt yaxınlığında yerləşdirdiyini bildiriblər.

 

Qeyd edək ki, 40 km mənzilli bu raket qurğuları Suriyadakı əməliyyatlarda da istifadə olunmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir