Modern.az

Avstraliyada maska taxmaq məcburi oldu

Avstraliyada maska taxmaq məcburi oldu

Dünya

19 İyul 2020, 15:49

Avstraliyanın Viktoriya ştatının rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən, çərşənbə günündən etibarən Melburn şəhərində və Mitçell rayonunda ictimai yerlərdə tibbi maska taxmaq məcburi olacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb koronavirusa yoluxanların sayının artmasıdır. Tibbi maska taxmayanlar 200 Avstraliya dolları məbləğində cərimə olunacaqlar.

 

 

Qeyd edək ki, son sutka ərzində Viktoriya ştatında 363 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir