Modern.az

Yaponiya əhalisi Tokio Olimpiadasının keçirilməsinin əleyhinədir  

Yaponiya əhalisi Tokio Olimpiadasının keçirilməsinin əleyhinədir  

19 İyul 2020, 17:34

Yaponiya əhalisinin azı 33,7 faizi gələn ilə keçirilmiş Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının koronavirus pandemiyasına görə təşkilinin əleyhinə olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Kyodo agentliyinin iyulun 19-da təşkil etdiyi sosial sorğunun nəticələrinə görə məlum olub. Bildirilir ki, rəyi soruşulanların daha 36,4 faizi yarışların bir daha təxirə salınmasının tərəfdarı olduğunu bildirir.

 

Bununla yanaşı, ölkə sakinlərinin 23,9 faizinin Oyunların gələn il keçirilməsini istədiyi qeyd edilir.

 

Bildirilir ki, sorğu iyulun 17-dən 19-dək olan tarixlərdə təsadüfi seçim yolu ilə mobil və stasionar telefonlar vasitəsilə aparılıb. Respondentlərin ümumi sayı barədə məlumat verilmir.

 

Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışlar bir il müddətinə təxirə salınıb.

 

Bununla yanaşı, “Tokio 2020”nin təşkilat komitəsinin sədri Yoşiro Mori belə bir fikirlə çıxış edib ki, əgər yarışlar 2021-ci ildə baş tutmasa, tamamilə ləğv oluna bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir