Avropa İttifaqının (Aİ) lider ölkələrinin nümayəndələri Brüsseldə baş tutan sammit çərçivəsində yeddi illik büdcə üzrə razılığa gəliblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nın sədri Şarl Mişel razılaşmanın tərəfdaş ölkələr və təşkilat üçün çox mühüm olduğunu vurğulayıb. Fransa prezidenti isə hadisəni “Avropa üçün tarixi gün” kimi qiymətləndirib.
Bu sammit Aİ-nın tarixində ən uzunmüddətli iclası ilə yadda qalıb. İspaniya və İtaliyanın borclarını öz üzərinə götürmək istəməyən Danimarka, Niderland, Avstriya və İsveç dördlüyünü çətinliklə razılığa gətirmək mümükün olub.
Büdcənin əsas hissəsi – 750 milyard avro COVİD-19 pandemiyası nəticəsində zərər görmüş iqtisadiyyatın bərpasına sərf olunacaq.