Modern.az

Həbib Nurməhəmmədov döyüşdən imtina etdi

Həbib Nurməhəmmədov döyüşdən imtina etdi

Dünya

21 İyul 2020, 20:29

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Geyci ilə görüşdə iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a dağıstanlı idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

 

O, Nurməhəmmədovun UFC 253 çempionatına qatılmayacağını söyləyib.

 

Daha əvvəl Abu-Dabidəki turnirdə hər iki döyüşçü arasında görüş keçiriləcəyi planlaşdırılırdı. İyulun 3-də Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov dünyasını dəyişib.

 

Qeyd edək ki, Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə uduzub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...