Modern.az

Zelenski terrorçunun istəyini yerinə yetirdi 

Zelenski terrorçunun istəyini yerinə yetirdi 

21 İyul 2020, 23:15

Ukrayna Prezidenti Vladimir Zelenski Lutskda avtobusdakı sərnişinləri girov götürən kişinin istəyini yerinə yetirib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, terrorçu ümumi tələblər irəli sürüb və ölkədəki sistemdən narazılığını bildirib. O, dövlət başçısının vətəndaşları "Yer sakinləri" (“Earthlings”) filminə baxmağa çağırmasını tələb edib.

 

“2005-ci ilin “Yer sakinləri” filmi, hamı baxsın”, - Zelenski feysbukda yayımladığı videomüraciətdə deyib.

 

Qeyd edək ki, “Yer sakinləri” – ABŞ istehsalı olan sənədli filmdir. Film insanın heyvanlarla vəhşi rəftarı probleminə, həmçinin qlobal miqyasda heyvandarlıq və balıqçılığın zərəri məsələlərinə həsr olunub.

 

Qeyd edək ki, Ukraynanın Lutsk şəhərində avtobusdakı sərnişinləri girov götürən kişi onları buraxıb. Bundan sonra hadisə yerində parlayış baş verib. Girovların çıxmasına qədər, avtobusdan terrorçunun özü çıxıb. Ona tərəf dərhal bir neçə xüsusi təyinatlı qaçıb və onu yerə uzadıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...