Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 14 milyon nəfəri ötüb. Modern.az xəbər verir ki, iyulun 21-də dünya üzrə koronavirusa yoluxanların sayı 14 milyonu keçib. Hazırda bu göstərici 14 milyon 97 min nəfər təşkil edir.
Son məlumata əsasən, ölənlərin sayı isə 619 min 593 nəfərə çatır. Eyni zamanda, 9 milyon 115 min nəfər COVID-19 xəstəliyindən sağalıb.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib. Martın 11-də isə infeksiyasının yayılması pandemiya elan olunub.