Gürcüstanda yeni növ koronavirusa yoluxma halları kəskin artıb.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, son sutka ərzində 24 yeni yoluxma qeydə alınıb.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 073 nəfər olub.
Onlardan 907-si sağalsa da, 16 nəfər dünyasını dəyişib. Aktiv viruslu xəstələrin sayı 150 nəfər olub.