Modern.az

Qarabağda virusa yoluxanların sayı ARTDI

Qarabağda virusa yoluxanların sayı ARTDI

Dünya

22 İyul 2020, 11:55

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında COVİD-19-a yeni yolxuma halları aşkar olunub.

 

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün daha 10 nəfərdə COVİD-19 olması müəyyənləşib. Onların 4-si Xankəndi, 6-sı isə Əsgəran ərazisində məskunlaşmış ermənilərdə aşkar olunub.

 

Beləliklə, koronavirusa yoluxanların ümumi sayı Qarabağda 183 nəfərə çatıb. Onlardan 144-ü sağalıb.

 

Hazırda Laçın, Kəlbəcər, Xankəndi, Xocalı və Tərtər rayonunun işğal altındakı ərazilərində virus ocaqları mövcuddur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...