Ermənistan Ordusunun hərbçisi Artur Muradyan ölüb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi 2001-ci il təvəllüdlü Artur Muradyanın Tovuz döyüşləri zamanı ağır xəsarət aldığını bildirib.
“İyulun 14-də döyüşlərdə ağır yaralanmış hərbçi Artur Baqratoviç Muradyan bu gün vəfat edib”-deyə açıqlamada deyilir.
Ermənistan tərəfi Azərbaycanla sərhəddə çoxsaylı itkilər versə də, bu günə qədər itkilərini tam olaraq açıqlamır. Xatırladaq ki, döyüşlər bitdikdən sonra, bu düşmən tərəfinin etiraf etdiyi 2-ci hərbçi ölümüdür.