Modern.az

Almaniyada hakerlər hərbçilərin məlumatlarını ələ keçirdi

Almaniyada hakerlər hərbçilərin məlumatlarını ələ keçirdi

Dünya

16 Avqust 2020, 14:21

Keçən həftə Almaniya Silahlı Qüvvələri üçün nəqliyyat xidmətləri göstərən quruma haker hücumu olub.

 

Modern.az bildirir ki, bu barədə ARD TV xəbər yayıb. Hakerlət eyni zamanda Bundestaqın deputatlarının məlumatlarını da əldə ediblər. Beləliklə, naməlum şəxslər Almaniya hərbçiləri və siyasətçilərinin məlumatlarını əldə etməyə müvəffəq olublar.

 

Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi telekanala BW-Fuhrpark Service GmbH-nin İT şəbəkəsinə haker hücumunun olmasını təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama