Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı Dariga oğlu Aysultan Nazarbayevin ölüm xəbərini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
14:51
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.
Modern.az bildirir ki, bu barədə Zakon.kz xəbər verir.
İlkin versiyaya görə, 30 yaşlı Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.
Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur.
Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.
Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.