Fransa prezidenti Emmanuel Makron Avropa Birliyini Belarusdakı dinc aksiyaları dəstəkləməyə çağırdı. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, minlərlə belaruslunun Lukaşenkoya qarşı etirazını alqışlayıb.
“Avropa Birliyi minlərlə belaruslu etirazçının hüquq və azadlıqlarını müdafiəı etmək üçün keçirdiyi aksiya naminə səfərbər olmalıdır”- deyə Makron deyib.
Avqustun 13-də Polşa, Latviya, Litva və Estoniya prezidentləri Belarus prezidentləri Aleksandr Lukaşenkonu etirazçılarla dialoqa girməyə çağırıb. Amma Lukaşenko bu təklifi geri çevirib.