Aleksandr Lukaşenkonun seçkilərdəki əsas rəqibi Svetlana Tixanovskaya xalqa yeni müraciət ünvanlayıb.
Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, o, ölkəsi üçün yeni ümumilli lider olmağa hazır olduğunu açıqlayıb.
“Mən ölkədə həyatın normal axara düşməsi üçün üzərimə məsuliyyət götürərək ümumilli lider olmağa hazıram. Qısa müddətdə bütün siyasi məhbusları azad etməli və prezident seçkiləri keçirmək üçün qanunverici baza formalaşdırmalıyıq. Bütün dünya birliyinin qəbul edəcəyi ədalətli və şəffaf seçkilər keçirmək əsas hədəfimiz olsun”- deyə Svetlana Tixanovskaya açıqlama verib.
Svetlana Tixanovskaya avqustun 11-də Litvaya keçib.