Antalya meri Muhittin Böcek, koronavirus testi nəticəsinin müsbət olduğunu və xəstəxanada izolasiyaya alındığını açıqladı.
Modern.az Türkiyə mətbuatına istinadən qeyd edir ki, Böcek səhhəti barədə informasiyanı şəxsi “tvitter” hesabında bildirib. "Hazırda vəziyyətim yaxşıdır, əhvalım yüksəkdir. Xəstəxanada nəzarət məqsədilə təcrid olunmuşam" mesajını paylaşan mer maska, gigiyena və sosial məsafə qaydalarına riayət etmələri barədə də insanlara xəbərdarlıq edib.
Mona ZADƏ