Modern.az

Lukaşenko: “Səlahiyyətlərimi bölməyə hazıram”

Lukaşenko: “Səlahiyyətlərimi bölməyə hazıram”

Dünya

17 Avqust 2020, 15:49

Belarus lideri Aleksandr Lukaşenko zavod işçiləri qarşısında çıxış edib. Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, prezident postunu heç bir halda tərk etməyəcəyini deyib.

“Hakimiyyət devrilən deyil. Siz məni tanıyırsınız. Araqarışdırnalarla məşğul olacayıq. Sadəcə səbr etmək lazımdır”.

 

Lukaşenko özünün müqəddəs olmadığını deyib.

“Siz bilirsiniz ki, mən müqəddəs deyiləm. Mənim sərtliyimi bilirsiniz. Əgər mənim sərtliyim olmasaydı, ölkə də olmazdı. Əminsiniz ki, mən sizin övladlarınıza pislik etməyəm və ölkəni heç kəsə vermərəm. Əsas budur”.

 

Aleksandr Lukaşenko səlahiyyətlərini bölməyə hazır olub. Amma o bunu yalnız Konstitusiyas dəyişikliyindən sonra gerçəkləşəcəyini əlavə edib.   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir