Modern.az

Tramp Ərdoğanı belə təriflədi

Tramp Ərdoğanı belə təriflədi

18 Avqust 2020, 00:20

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Co Baydenin prezidentlik kürsüsünə layiq olmadığını bir daha bildirib.

 

Modern.az xəbər verir ki, Ağ Ev rəhbəri Baydenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan kimi əcnəbi liderlərlə bacara bilməyəcəyini iddia edib:
“Ərdoğan kimi əcnəbi liderlər birinci dərəcəli şahmat oyunçusudur. Mən onların hamısını tanıyıram. Hamısı ilə yaxşı anlaşırıq. Türkiyədən Ərdoğan... Hamısı... Onlarla bacara bilməyəcək zehinsəl imkanlardan məhrum ABŞ prezidenti olmamalıdır”.

 

Tramp iddia edib ki, ötən həftə dünya liderləri ondan Ərdoğana zəng etməyini xahiş edib:

 

“Nə üçün deyə soruşdum? Onlar isə “O, ancaq səni dinlər, bizi eşitmir. Bu, ABŞ üzündən belədir? deyə soruşduqda, “Xeyr, sənin xarakterin səbəbindən... O, tək səni dinləyir. Çünki o xarakter yalnız səndə var. Onunla( Ərdoğan) razılaşa bilirsən”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir