Ermənistanın Qeqarkunik vilayətinin Qeqamasar kəndinin sakinləri səhər saatlarından etiraz aksiyasına çıxıblar.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Zod qızıl mədənində partlayıcılardan istifadə olunmaqla gerçəkləşən işlərə etiraz ediblər.
Ekoloji sabitliyin pozulduğunu bildirən etirazçılar Vardenis-Kəlbəcər yolunu bağlayıblar. Ekoloji fəal Sevak Xaçatryan mədəndə görülən işlərin bölgədəki su mənbələeini zəhərləyəcəyini dilə gətirib.