Modern.az

“Sifətini yumruqlamaq istəyirəm, ok?” – Prezident jurnalisti HƏDƏLƏDİ

“Sifətini yumruqlamaq istəyirəm, ok?” – Prezident jurnalisti HƏDƏLƏDİ

25 Avqust 2020, 09:33

Braziliya prezidenti Jair Bolsonaru növbəti dəfə qalmaqallı açıqlaması ilə diqqətləri üzərinə çəkib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, prezident ailə üzvlərinin adı hallanan korrupsiya skandalı ilə bağlı jurnalistin sualına sərt cavab verib.

“Sifətini yumruqlamaq istəyirəm, ok?” – deyə Bolsonaru suala fiziki hədə ilə cavab verib.

 

Belə ki, Jair Bolsonarunun senator oğlunun köməkçisi Fabrisio Keyrosun 2011-2017-ci illərdə Mişel Bolsonarunun (Jair Bolsonarunun həyat yoldaşı)  hesabına 13 min dollar pul köçürüb. Korrupsiya ehtimalı ilə ölkənin Ali Məhkəməsi faktın araşdırılması barədə Ədliyyə Nazirliyinə səlahiyyət verib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir