Modern.az

Lavrov Paşinyanın arzusunu ürəyində qoydu: “Danışıqların formatı dəyişdirilməyəcək”

Lavrov Paşinyanın arzusunu ürəyində qoydu: “Danışıqların formatı dəyişdirilməyəcək”

Dünya

26 Avqust 2020, 15:08

Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Lavrov danışıqların formatının dəyişdirilməsi ilə bağlı Yerevanın təkliflərinə qarşı çıxıb.


“ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ danışıqlarının formatının dəyişdirilməsinə qarşıdır”-deyə Lavrov deyib.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarının formatının dəyişməsini və prosesə qondarma rejimin nümayəndələrinin cəlb olunmasını israr edirdi.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir