TikTok videoservisinin baş direktoru Kevin Mayer şirkəti tərk edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ lideri Donald Trampın tətbiqi ABŞ ərazisində qadağan edəcəyi hədəsindən sonra bu addımı atıb.
Mayerin vəzifəsini müvəqqəti olaraq baş menecer Banessa Pappas istefa verəcək. Donlad Tramp TikTok-a sahib olan ByteDance şirkətinin videotətbiqi sentyabrın 15-nə qədər ABŞ-a məxsus şirkətlərdən birinə satmayacağı təqdirdə onu ölkə ərazisində qadağana edəcəyini açıqlamışdı.
Ağ Ev Çinə məxsus TikTok-un istifadəçilərin məlumatını Pekinə ötürdüyünü iddia edir. Çin tərəfi isə iddiaları əsassız sayır.