Tesla və SpaceX şirkətlərinin yaradıcısı İlon Maskın sərvəti 100 milyard dolları keçib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilin əvvəlindən sərvəti 3,7 dəfə artan iş adamı hazırda 101 milyard dollara sahibdir.
Yanvarda 27,4 milyard dollar varidata malik Mask Tesla şirkətinin səhmlərinin kəskin bahalaşması hesabına sərvətini 73,6 milyard dollar artırıb.