Modern.az

Qışa qədər COVID-19-dan ölüm faizi artacaq – ÜST

Qışa qədər COVID-19-dan ölüm faizi artacaq – ÜST

27 Avqust 2020, 14:28

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan ölüm riski barədə proqnoz dərc edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bölməsinin rəhbəri Hans Klüge açıqlama verib.

 

O, payıza keçidlə bağlı 3 detalı fərqləndirib.

“Birincisi – məktəblər açılır. İkinci fenomen – mövsümi qriplə bağlıdır. Üçüncüsü – qışda yaşlı əhali arasında müşaiyət olunan yüksək ölüm faizi var”-deyə Klüge açıqlama verib.

 Bununla belə, o, virusla bağlı yaranacaq epidemiloji vəziyyətin mart-aprel aylarındakı kimi acınacaqlı olmayacağını deyib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama