Rusiyanın xeyrinə casusluq etməkdə ittham olunan ABŞ hərbçisi Debbins Dzebinski Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini boynuna alıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “yaşıl beretlilər” kimi tanınan ABŞ xüsusi təyinatlı dəstəsində xidmət keçmiş Debbins 1996-cı ildən casusluq etdiyini boynuna alıb. Debbins xidmət etdiyi dəstə, hərbçilər barədə məxfi məlumatları Rusiya tərəfinə ötürüb.
“İttiham olunan şəxs xarici ölkənin xüsusi xidmət orqanı ilə əməkdaşlığını etiraf edib”-deyə prokuror köməkçisi Tomas Treksler açıqlama verib.
1996-cı ildə Çelyabinskdə rus qadınla evlənən Debbinsin qayınatası Rysiya ordusunun polkovniki olub.
Debbins Dzebinski 2004-2005-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirliyinin mühafizəsinə cəlb olunmuşdu.