Modern.az

Avropa Birliyi Türkiyəyə sanksiya tətbiq edəcək

Avropa Birliyi Türkiyəyə sanksiya tətbiq edəcək

28 Avqust 2020, 17:41

Avropa Birliyi Türkiyəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “qoca qitə”nin diplomatiya rəhbəri Jozep Borrel açıqlama verib.

 

“Avropa Birliyində Türkiyənin addımları məyus doğurur. Ona görə, Şura qanunsuz qazma işlərinə görə Kipr hakimiyyətinin təklif etdiyi şəxsləri sansksiya siyahısına salmağı düşünür”.

 

O, Ankaranın Şərqi Aralıq dənizində Kipr və Yunanıstanla mübahisəli ərazidə qazma işləri aparamağı dayandırmayacağı təqdirdə 24 sentyabrda Avropa Birliyinin sammitində ona qarşı sanksiya tətbiq olunacağını vurğulayıb.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir