Modern.az

Gürcüstanda virusa yoluxanların sayı  açıqlandı

Gürcüstanda virusa yoluxanların sayı  açıqlandı

30 Avqust 2020, 11:08

 

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 yoluxma halı qeydə alınıb. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1469 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5524 nəfər karantində saxlanılır, 221 nəfər isə stasionar şəraitdə müalicə olunur.

 

Yoluxanlardan 1221 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir