Modern.az

Beyrut Limanında baş verən partlayışda ölənlərin sayı 190-a çatdı

Beyrut Limanında baş verən partlayışda ölənlərin sayı 190-a çatdı

30 Avqust 2020, 14:25

Livanda Beyrut Limanında baş verən partlayışda ölənlərin sayı 190-a çatıb, 6,500-dən çox adam yaralanıb.

 

Modern.az bildirir ki, bu barədə hökumət orqanları məlumat yayıb.

 

Məlumata görə, partlayış nəticəsində 3 nəfər itkin düşüb, 300 min insan evsiz qalıb, 50 mindən çox ev zərər görüb.

 

Qeyd edək ki, 4 avqustda Beyrut limanı yaxınlığında güclü partlayış baş verib. Bildirilir ki, Livanın Hərbi Prokurorluğu partlayışla bağlı orada çalışan qaynaqçılardan birinin ifadəsini alarkən onun terrorçularla əlaqədə olması şübhələri ortaya çıxıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir