Almaniyanın paytaxtı Berlində həftə sonu keçirilən mitinqlər zamanı 33 polis əməkdaşı xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, 316 nəfər mitinq iştirakçısı saxlanılıb.
Ən ciddi toqquşma isə Berlinin mərkəzi küçəsi – Unter den Lindendə qeydə alınıb.
Polislərə daş və butulka atılıb, cavab olaraq polis gözyaşardıcı qaz tətbiq edib.
Qeyd edək ki, mitinq iştirakçıları koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin qaydalarının ləğvini tələb edirlər.