Modern.az

Türk ordusu İraqda bu qədər terrorçu zərərsizləşdirdi

Türk ordusu İraqda bu qədər terrorçu zərərsizləşdirdi

Dünya

6 Sentyabr 2020, 09:39

Türkiyə ordusu İraqın şimalında keçirdiyi “Pençe” əməliyyatı çərçivəsində PKK-nın yüzlərlə terrorçusunu zərərsizləşdirib.

 

Modern.az  “AA"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

 

Məlumatda qeyd edilir ki, iyunun 16-da Xaftain ərazisində başlayan “Pençe-Kaplan” əməliyyatı plana uyğun olaraq davam edir. Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara havadan və qurudan ağır zərbələr endirir.

 

Ərazidəki 269 sığınacaqdan və 53 mağaradan xeyli sayda silah-sursat götürülüb.

 

Əməliyyat çərçivəsində ümumilikdə 320 terrorçu zərərsizləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir